60 MP-li smartfon istehsal ediləcək. Bu smartfon digərlərindən tamamilə fərqlənir.

Turing Space Industries (TSI) tərəfindən 60 MP-li smartfon hazırlanır. Qeyri-adi dizayn və görünüşü ilə fərqlənəcək olan bu model güclü kameraya sahib olacaq. Açıqlamaya görə Smartfonun adı Hubblephone-dur. Dizayn baxımından tamamilə fərqlənən bu model 3 ekrana sahib olacaq. 1 ci ekran əsas gövdə də digər 2 ekran isə smartfonun qapağınının üzərində yerləşdiriləcək. Şirkət Amoled ekranlardan istifade edəcəyi deyilir. Hubblephone-nun təxmini qiyməti isə 2750 dollar ətrafında olacağı deyilir.

Telefonda istifadə ediləcək kamera 15x zoom özəlliyinə sahib olacaq. Hələlik kamera haqqında bu qədər məlumat verilib. Smartfonun texniki göstəriciləri isə aşağıdakı kimidir.

Snapdragon 855

2 ədəd batareya ( 2800 mAh və 3300 mAh )

2x8 LPDDR4X ram və 256 GB yaddaş

Şirkət smartfonu 2020-ci ildə satışa çıxarmağı planlaşdırır. Amma şəkildəki dizayn və texniki göstəricilərin belə bir smartfona yerləşdirilməsi hal-hazırda müəmmalı görsənir. Amma gələcəyin bizlərə nə göstərəcəyi bilinmir.