ASUS-dan yeni ROG Phone. Ətraflı məlumat. ( Video )

ASUS təqdim etdiyi yeni telefonu ilə Gaming telefonları içərisində liderliyi ələ keçirdi.

Sizlərə ASUS-un ROG adı altında yeni Gaming telefon istehsal edəcəyini sizlərə demişdik. Bugün ASUS  Computex2018-də öz yeni telefonunu təqdim etdi. Öz gözəl dizaynı və texniki xüsusiyyətləri ilə digər Gaming telefonlardan qat-qat üstün özəlliklərə malikdir. Gəlin bu özəlliklərə yaxından baxaq.

Dünyada ilk 2.96 GHz sürətində işləyən  Snapdragon 845 prosessoruna malikdir. AnTuTu xalı isə 304183 dəyərindədir. 8 GB ram 512 GB yaddaşa sahibdir bu model.

Arxasında ASUS ROG logoso RGB rəngləndirməyə malidkir. Telefonun  ekranı 90 Hz təzələmə sürətinə və 1 ms gecikməyə sahibdir. Bu isə yaxşı göstəricidir. Düzdü Razer Phone-da 120 Hz idi amma ROG Phone-da olan göstərici pis deyil. Ekran HDR dəstəyinə malikdir ki, bununlada oyunlarda daha parlaq və daha gözəl görüntü keyfiyyətinə sahib olacıyıq.

  ROG Phone həmçinin 3D Vapor-chamber Cooling sistemine malikdir ki, telefon oyunlarda çox isinməyəcək. Bu isə oyunsevərlər üçün çox yaxşı bir özəllikdir. Telefonun X20 LTE modemi daha da təkmilləşdirilib. Bu isə oyunlarda rahat və donmadan oynamağımıza imkan verəcək.

ROG Phone-da X modu olacaq ki, ümumi cihaz tam oyuna aid olacaq. Yəni arxa planda olan bütün proqramları bağlayaraq ramı və internet gücünü tam şəkildə oyununa yönləndirir və oyundan daha çox performans almaq olur. Həmçinin  X modu vasitəsi ilə ASUS-un əlavə AeroActive Cooler soyuducusunuda telefonda istifadə etmək olur.

ROG Phone UltraSonic Airtriggers-ə malikdir. Yəni telefonun yan hissəsində həssaslığa cavab verən virtual düymələr var.

Telefondan Desktop-style, Big Screen Mode və Dual Screen Handled Mode kimi istifadə etmək mümkündür. Bunlar isə telefonu bütün telefonlardan fərqləndirən və üstün tutan ən əsas özəlliklərdir.

ROG Phone-nun videosunu sizlərə təqdim edirik.