Apex Legends video oyun tarixində yeni bir rekorda imza atdı

SuperData-nın verdiyi məlumata görə Apex Legends video oyun tarixində 1 ay ərzində pulsuz olaraq çıxan ən uğurlu oyun oldu. İlk bir ayda 92 milyon dollar qazandıran Apex Legends-a cavab olaraq Anthem sadəcə 100 milyon dollara yaxın pul qazandıra bilib. Üstəlik iki oyunun hazırlanma və reklam xərclərini müqayisə edsək bu rəqəmin Anthem üçün olduqca aşağı olduğunu təxmin edə bilərik.

Fortnite hal-hazırda Apex Legends-dan daha çox pul qazansa da, ilk çıxdığı ayda onun qədər qazanmamışdı. Apex Legends çıxdığı gündən etibarən sürətli bir şəkildə oyunçu sayısını yüksəldə bilib. Yeni oyunçular qazanan Apex Legends eyni zamanda Fortnite  PUBG-dən də oyunçu "oğurlamağı" bacarıb.