Google Pixel 2 smartfonu iPhone 8-dən daha cəlbedici görünür

Yeni sızdırılan Google Pixel 2 görüntüsü böyük maraq yaradıb.
Yayılan iPhone 8 görüntüləri bu smartfonun 2017-ci ilin ən möhtəşəm və ən cəlbedici yeni smartfonu ola biləcəyini göstərir. Lakin bu il iPhone 8-dən daha cəlbedici və gözoxşayan başqa smartfonlar da satışa çıxa bilər.

Bu həftənin əvvəllərində Android Police adlı bir blog Google Pixel 2 XL-in dizaynını göstərən render görüntülərini yayımlamışdı. İki yeni Pixel smartfonunun da dizaynı LG G6 modelinə çox bənzəyir.

Google Pixel 2 smartfonu iPhone 8-dən daha cəlbedici görünür

Qrafik dizayneri Benjamin Geskin indi də Pixel 2-nin versiyasının render görüntülərini yayımlayıb. Yeni görüntüdə kamera tamamilə səhvdir, ancaq dizaynın geridə qalan hissəsinin sentyabr ayında satışa çıxacaq Google Pixel 2 ilə eyni olması gözlənilir.

Şəkildən də göründüyü kimi Google eynən LG kimi ekran çərçivəsini kiçiltmək mövzusunda çox da irəli getməyib. Nəticədə Pixel 2-nin ekran çərçivəsi iPhone 8 və Andy Rubin-in ötən ay yayımladığı Essential Phone modellərində olduğu qədər incə deyil.

Google Pixel 2 smartfonu iPhone 8-dən daha cəlbedici görünür