Huawei yeni Honor 10 modelini təqdim etdi.

Huawei aşağı büdcəli flaqman modelini, yəni Honor 10 modelini təqdim etdi.  Honor 10 modeli Huawei-in yaxın zamanlarda təqdim etdiyi P20 Pro modelinə çox bənzəyir. Sadəcə kameranın yerləşmə vəziyyəti və bəzi incə dizayn dəyişikləri bu modelləri bir-birindən fərqləndirir. Telefonda 5.84 düymlük ekran var və onun aşağısında orta düymə yerləşir. Ekran 1080p keyfiyyətə malikdir. Honor 10-da USB-C 3.5 mm qulaqcıq girişi mövcuddur. Prosessor Huawei Kirin 970-dır. Kameraya baxdıqda arxa kamera 24 MP16 MP f/1.6 sahibdir. Qabaq kamera isə 24 MP-dir. Bu kameralar ilə keyfiyyətli və gözəl şəkillər çəkmək olar.

 

Huawei Honor 10-un qiymtləri aşağıdakı kimidir.

6 GB Ram/64GB yaddaş-414$(2599 yuan)

6 GB Ram/128 GB yaddaş-478$ (2999 yuan)

Təqdim etdiyimiz bu qiymətlər yalnız Çin bazarı üçün nəzərdə tutlub. ABŞ, Hindistan, Avropa ölkələri üçün qiymət hələlik məlum deyil. Aprelin 27-dən etibarən telefonun Çində satışına başlanacaq. Gördüyümüz kimi bu modeldə çıxıntı ilə təchiz olunub və arxa hissəsi psychedelic rənginə malikdir.