OnePlus 6T-nin şəkilləri artıq internetdə yayılıb. (VİDEO)

OnePlus-ın co-founder-i Carl Pei il sonunda təqdim edəcəkləri OnePlus 6T-nin Vivo  Oppo modelləri kimi yeniliklərlə təqdim ediləcəyini söyləyib. Bildiyimiz kimi bu üç marka qardaş sayılır. Çünki bu 3 markanın şirkəti  BBK ELECTRONİCS-dir və OnePlus markası bu şirkətin Global bazara çıxışı sayılır.

Vivo Oppo markaları yeni modellərini qeyri-adi özəlliklərlə təqdim etdilər və hər iki markanın yeni modelləri bazarda öz yerlərini tutdu. Vivo NEX-də və Oppo Find X-də pop-up funksiyası istifadə edilib. İnternetdə OnePlus 6T-yə aid yayılan şəkillərdən görürük ki, bu modeldə də pop-up funksiyası istifadə ediləcək. Həmçinin OnePlus 6T modeli tam çərçivəsiz AMOLED ekranla təchiz ounacaq. Ekranın ümumi ölçüsü 6.4 düym olacaq. Həmçinin ekran yaxın zamanda təqdim edilən Gorilla Glass 6 ilə qorunacaq. OnePlus 6T-nin texniki xüsusiyyətləri təxmini olaraq aşağıdakı kimi olacaq.

Snapdragon 845

6/8 GB ram və 128/256 GB yaddaş.

Pop-up funksiyalı qabaq kamera.

OxygenOS 5.1 və Android 8.1.