Samsung 32:10 nisbətində 43 düym curved (əyimli) monitor təqdim edib. Samsung yeniliklər etməyə davam edir.

Samsung yeni 43 düym 32:10 nisbətində monitor təqdim etdi. 1920x1200 ölçüsündə 2 monitorun birləşməsi kimi görünən bu model əsasən iş  üçün nəzərdə tutulub. Monitor  3840x1200  ölçüsündədir. Adı isə C43J89-dur.

Monitor VA ekran paneli ilə təchiz edilib və ekran təzələmə sürəti isə 120 Hz-dir. Rənglilik 8 bit dərinliyindədir. Yeni monitor 250 nit parlaqlığa və 3000:1  kontrast dəyərlərinə sahib olacaq. Monitorda G-Sync,FreeSync və digər xüsusi özəlliklər yoxdur. Monitor HDMI 2.0, DisplayPort 1.2, 2 ədəd USB Type-C, 2 ədəd USB 2.0, 3 ədəd USB 3.0 və qulaqcıq girişlərinə sahibdir. 2×5 watt gücündə stereo səs sistemi var. Həmçinin monitorda Eye Saver və Flicker Free texnologiyaları mövcuddur. Modelin qiymeti 900-1000 dollar arasında olacaq.