Xiaomi Mi Max 3 Telefonunun Şəkilləri Ortaya Çıxdı

Xiaomi-nin ən böyük telefonu olan Mi Max 3 -ün şəkilləri yayılıb.

Hamı tərəfindən sevilən və hamı tərəfindən rəğbət bəslənilən telefon markasından biri də Xiaomi-dir.

Bilirik ki, Xiaomi modelləri həm qiymətinə görə, həm də keyfiyyətinə görə bütün markalardan seçilir. Daim özünəxas yenilikləri ilə hamını heyran qoyur. Bu dəfəki yeniliklərindən biri də Xiaomi Mi Max 3-dür.1 ay əvvəldən bu haqda xəbərlər  çıxsa da bu yaxınlarda  telefonun şəkli ortaya çıxıdı .Əvvəlki modellə eyni dizayna malik olduğunu deyə bilərik. Sadəcə telefonda olan cüt kamera diqqəti cəlb edir. Keçmiş modellə fərqinin isə 7 düymlük ekrana sahib olması və ekran çərçivələrinin incəldilməsi olacağı gözlənilir.

Mi Max 3 -ün aşağıdakı özəlliklərə sahib olacağı düşünülür.

Prosessor: Qualcomm Snapdragon 630/660

RAM: 3GB/4GB

Yaddaş: 64GB/128GB

Ekran: 7 düym Full HD+

Arxa Kamera: 12MP+12MP

Qabaq Kamera: 5MP

Batareya: 5500mAh

Bu telefonun qiyməti isə 249$-dan başlanacağı təxmin edilir. Xiaomi  həm ucuz, həm də yüksək keyfiyyətdə məhsullar istehsal etdiyinə görə hərkəs tərəfindən sevilir. Çünki digər markalar bu özəlliklərə sahib olan telefonu istehsal etsəydilər qiyməti 350$ yuxarı  olardı. Ona görə Xiaomi-ni büdcə dostu adlandırmaq olar.