Yeni İntel Qrafik Proqram Təminatı Oyunları Özü Optimizə Edəcək.

Yeni İntel qrafik idarə paneli oyunlarda daha yüksək performans əldə etməyə imkan verəcək

 İntel oyunların avtomatik olaraq sistemlərdə optimallaşdırılmasına imkan verən və yeni  inteqrasiya edilmiş qrafika ilə təchiz olunmuş prosessorlar üçün yeni bir özəllik təqdim edəcək. Bu özəllik oyunda yüksək keyfiyyətdə oyun performansını təqdim edəcək və İntelin bütün Skylake və ya daha yeni prosessorlarda işləyəcək.Yeni özəllik  Geforce Təcrübə (Geforce Exprience)-sinə oxşayacaq və əsasəndə notebook-larda daha əlvərişli oyun performansını dəstəkləyəcək.Yeni İntel qrafik idarə paneli oyunlarda daha yüksək performans əldə etməyə imkan verəcək ki,həmçinin istifadə təcrübəsini daha da təmilləşdirəcək.Bundan əlavə istifadəçilər özləri idarə panelindən rahatlıqla istədikləri xüsusiyyətləri seçərək oyunlarını özəlləşdirə biləcək.

PC WORLD-ə istinad edərək deyə bilərik ki,bu yeni proqram təminatı  AMD Radeon Vega qrafiklərinin olduğu İntelin yeni Kbay Lake G çipləri üçün də dəstəklənəcək .HPDELL bu kimi xüsusuiyyəti yeni kompüterlərində  istifadəyə verəcək ki,buda rahatlıqla oyun oynamağa şərait yaradacaq.Battlefield 1, Battlefield 4, Amerikan Truck Simulator, Call of Duty WWII, Destiny 2, Dota 2, Grand Theft Auto V, Legends Ligi, Overwatch kimi oyunları rahatlıqla oynaya biləcəyik .Daha çox oyun üçün isə İris Pro sistemini optimizə etmək lazımdır.İntelin ən son qrafik  yeniləməsini rəsmi saytdan əldə edə bilərsiniz.