iOS 12.1 yayımlandı! Hansı modellər bu yeniləməni dəstəkləyir?

Apple yeni məhsullarını tanıtdığı tədbirdən sonra iOS 12.1 əməliyyat sistemini yayımladı.

Apple-ın maraqla gözlənilən iOS 12.1 yeniləməsi artıq rəsmi olaraq yayımlanıb. iPhone və iPad-lər üçün yayımlanan bu yeniləmə özü ilə birgə bəzi yeniliklər gətirib. 

- iOS 12.1 ilə gələn yeniliklər

Qrup FaceTime danışıqları - Yeniləmə ilə bərabər gələn ən əhəmiyyətli yenilik artıq 32 nəfərə qədər insanla Group FaceTime danışıqlarının mümkün olmasıdır. Bu yeni özəllik iOS 12 ilə birgə səsləndirilmiş, lakin yayımlanmamışdı. 

Şəkillərdə sahə dərinliyi - Yeniləmənin təqdim etdiyi bir başqa imkan isə şəkil çəkərkən sahə dərinliyini aktiv edə bilməkdir. Bu yeni özəllik ilə artıq şəkil çəkərkən sahə dərinliyini daha çox müəyyən edə biləcəksiniz.

eSIM dəstəyi - iOS 12.1 ilə gələn bir başqa özəllik isə eSIM dəstəyidir. eSIM xüsusiyyətini dəstəkləyən iPhone modelləri bu yeniləmə ilə artıq qoşa SIM kart özəlliyinə qovuşacaq. Azərbaycanda istifadəsi mümkün olmayan bu özəlliyin önümüzdəki aylarda gəlib-gəlməyəcəyi hələ ki, bilinmir.

- iOS 12.1 yeniləməsini hansı cihazlar dəstəkləyir?

iOS 12.1 yeniləməsi aşağıdakı cihazlar tərəfindən dəstəklənir. Əgər bu cihazlardan birinə sahibsinizsə "Tənzimləmələr - Ümumi - Sistem yeniləməri" bölməsindən və ya iTunes vasitəsi ilə yükləyib istifadə edə bilərsiniz.

  • iPad Air
  • iPad Air 2
  • iPad Pro
  • iPad 9.7
  • iPad mini 2
  • iPad mini 3
  • iPad mini 4
  • iPod touch 6th
  • iPhone 5s
  • iPhone SE
  • iPhone 6/6 Plus
  • iPhone 6s/6s Plus
  • iPhone 7/7 Plus
  • iPhone 8/8 Plus
  • iPhone X