“WhatsApp” yeni xüsusiyyətlər üzərində işləyir

Texnologiya.az "Technet.az"-a istinadən xəbər verir ki , “Facebook” 1 milyarddan çox aktiv istifadəçiyə sahib anlıq mesajlaşma tətbiqi “WhatsApp”-a yeni xüsusiyyətlər qatmağa davam edir. Bu dəfə iki yeni xüsusiyyət üzərində işləyir. İlk xüsusiyyət “ZİP” fayllarının göndərilməsi ilə bağlıdır. Beləki, tətbiqetmə faylların toplu göndərilə bilməsi üçün “ZİP” fayl göndərməni də tərkibinə əlavə edəcək. Bu da istənilən növ faylın göndərilə bilməsini təmin edəcək. Digər xüsusiyyət isə “Səsli mesaj qeydiyyatı” xüsusiyyətidir. Bu xüsusiyyətin köməyi ilə zəng etdiyiniz şəxs cavab vermədiyi zaman birbaşa səsli mesaj göndərməyi təmin edəcək. Bunun nə anlamı var biz də anlamadıq, ancaq yenə də funksiyanın təqdim olunmasını gözləyəcəyik.