"Facebook" statuslara görə pul verəcək

Dünyanın ən populyar sosial şəbəkəsi olan Facebook-un rəhbərliyi istifadəçilərə statuslarına görə pul qazanmaq imkanı yaradacaq.Texnologiya.az "milli.az"a istinadən xəbər verir ki, Facebook-un texniki xidməti istifadəçilər arasında sortu apararaq statuslara görə pul verilməsi sistemini konkretləşdirməyə çalışıblar. Hələlik üç variant nəzərdən keçirilir: statusa görə pul "mükafat"ı, brendləşdirilmiş kontent və ya Facebook-un reklamlardan əldə etdiyi gəlirlərin bir hissəsi. Bundan başqa, istifadəçilərə "Hərəkətə çağırış" adlı yeni düymədən istifadə variantı da təklif olunub. Bu düymə ianə toplamaq üçün abunəçilərin və "dostlar"ın sayının artırılmasını nəzərdə tutur. Yeniliyin nə zaman reallaşacağı bəlli deyil.