Google-un birinci menecerindən iPhone etirafı!

Mart ayında əlində iPhone ilə görülən Alphabet idarə heyətinin başçısı Eric Schmidt bir Android telefonun yanında iPhone da istifadə etdiyini etiraf etdi. Alphabet Google-un əsas şirkətidir. Əslində Eric Schmidt'in etdiyi rəqib firmanın nələr təqdim etdiyini müşahidə etmək üçün yaxşı bir strategiyadır .Hansının daha yaxşı olduğu sualına isə Eric Schmid Samsung Galaxy S7'nin daha yaxşı olduğunu və daha uzun ömürlü bir batareyaya sahib olduğunu qeyd edərək cavab verdi. Tanımayanlar üçün Eric Schmidt-dən qısaca bəhs edək.

1955-ci il təvəllüdlü Eric Schmidt,tam adıyla Eric Emerson Schmidt proqram təminatı mühəndisi, iş adamı və Google-un İcra Heyəti Başçısı və CEO-sudur. 2013-ci ildə Forbes-ə görə Schmidt təxmini 8.3 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin 138 insanından biri olmuşdur . Schmidt Apple şirkətində 2006-2009-cu illər arasında idarə heyəti üzvlüyü etmişdir. Amerikan Elm və İncəsənət Akademiyasında alimdir . Schmidt Google-a 2001-ci ildə hələ kiçik bir layihə ikən qatılmış və şirkətin bugünkü səviyyəyə çatmasında böyük rolu olmuşdur. Google-da vəzifə almadan əvvəl isə Novell-in CEO-su və Sun Microsystems'də Baş Texnologiya İdarəçisi idi. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .