Acer-dən yeni Predator Helios 500 notebook-u.

Acer-dən yeni İ9+ prosessorlu Gaming notebook.

Acer ABŞ-da keçirtdiyi bir tədbirdə yeni məhsullarını təqdim etdi. Bildiyimiz ki Acer Gaming sahəsinə aid olan Predator modelləri ən üst səviyyə Gaming notebook-lar sayılır. Təqdim etdiyi yeni Acer Predator Helios 500 modeli öz texniki xüsusiyyələri diqqətləri özünə cəlb edir. Belə ki, bu modeldə İntel 8-ci nəsil İ9+  prosessoru var. Bu isə notebook-u daha güclü edəcək.

 

Ekran kartı hissədə isə GTX 1070 var. 8GB 256 bit-lik bu ekran kartı bütün oyunları ən yüksək parametrlərdə oynamağa imkan verəcək. Notebook-da AeroBlade 3D metal fanlar istifadə edilib. Bu isə notebook-un daha sərin işləməsinə imkan verəcək. 4K İPS, 144 Hz ekran təzələmə və Nvidia G-Sync özəllikləri var Predator Helios 500 modelində. Ekranın ölçüsü 17.3 düymdür. Bu özəlliklər və texniki xüsusiyyətlər notebook-dan istifadə edərkən istifadəçilərə böyük həzz verəcək.

Şəkildəki digər ağ model Acer Predator Helios 300-ün xüsusi növüdür.