Android uzun müddətdən sonra iOS-i geridə qoydu!

Android, istifadəçi sədaqəti mövzusunda iOS-i illər sonra geridə qoymağı bacardı.

Apple şirkəti iOS əməliyyat sisteminin istifadəçi sədaqəti ilə uzun illərdir ki, siyahının zirvəsində yer alırdı. Lakin son iOS yeniləmələri ilə yaranan problemlər və batareyası köhnələn iPhone-ların yeniləmələr ilə yavaşladılması kimi xoşagəlməz hadisələr Apple-ın zirvədəki yerini itirməsinə səbəb oldu. 

Böyük firmaların xüsusi diqqət etdiyi "istifadəçi sədaqəti" mövzusunda bugün böyük bir dəyişiklik müşahidə edildi. Consumer Intelligence Research Partner-ın etdiyi araşdırmalarda - "Android istifadəçilərinin sədaqətinin illər keçdikcə artdığı və bu artımın 2017-ci ildə pik həddə çatması" məlum olub.

Android istifadəçilərinin 91%-i bir sonrakı smartfon seçimində yenə də Android smartfonları seçərkən, iOS cəbhəsində bu göstərici 86%-ə qədər geriləyib. Yəni, iPhone istifadəçiləri smartfonlarını dəyişdirdiklərində artıq seçimlərini Android cihazlar arasında edirlər.

İstifadəçi sədaqəti mövzusunda liderliyi iOS-in əlindən alan Android ƏS-nin bu yüksəlişə yeni versiyası 9.0 P ilə də davam edəcəyi düşünülür.