Deepcool markası Ryzen Threadripper 2 prosessorları üçün yeni soyuducu təqdim etdi.

AMD Ryzen Threadripper 2 prosessorlarını təqdim etmişdi. Texniki xüsusiyyətləri baxımından digərlərindən fərqlənən (32 core, 64 thread ) bu prosessorlar yüksək performans verməyə malikdirlər. CPU soyuducuları istehsal edən şirkətlərdən olan Deepcool markası AMD Ryzen Threadripper 2 prosesorları üçün yeni bir soyuducu istehsal edib. Bu soyuducu Threadripper cooler Fryzen adlanır və soyuducu TR4/AM4 və əsas AMD soketlərini dəstəkləyir.

Soyducu tamamilə misdən hazırlanmışdır və 6 dənə istilik borusu mövcuddur. Ümumilikdə alminumdan hazırlanan soyuducu, həmdə tərs cüt fanlarada sahibdir. Bu isə Overclock vaxtı 32 nüvəli( core) prosessoru rahatlıqla soyuda biləcək.

Fryzen-də 16.8 milyon RGB işıqlandırma və 5 işıq effekti var. Əlavə olaraq soyuducu Asus Aura Sync RGB, Asrock Polychrome Sync, Gigabyte RGB Fusion və MSI Mystic Light Sync kimi yazılımlarla tam dəstəklidir. Soyuducunun qiyməti isə 89 dollar olacaq.