Maradona PES 17-yə görə Konami-ni məhkəməyə verəcək!

Argentinalı dünyaca məşhur futbolçu Diego Armando Maradona Pro Evolution Soccer 2017-də icazəsiz istifadə edilməsi səbəbi ilə Konami-ni məhkəməyə verməyə hazırlaşır. Diego Armando Maradonanın rəsmi Facebook hesabından mövzu ilə bağlı belə bir açıqlama edilib: Dünən Yaponiya şirkəti Konami-nin mənim görüntülərimi PES 2017 oyununda istifadə etdiyini öyrəndim. Təəssüf ki, vəkilim Matlas Morla bu mövzu ilə əlqadədar bütün lazım olan qanuni işləri başladacaqdır. Ümid edirəm ki, bu görüntülər saxta deyil...

Diego Armando Maradonanın görüntüsü və adı Pro Evolution Soccer 2017-nin içində myClub modunda istifadə edilib. Bu daha çox bir oyunçu tərəfindən hazırlanılmış kimi görünür. Önümüzdəki günlərdə bu mövzu ilə əlaqəli daha dəqiq xəbərlər açıqlanacaqdır.