Preo My Power ilə cihazınızı kabelsiz şarj edin .

Texnolgiya.az Shiftdelete.net-ə istinadən xəbər verir ki ,artıq Preo MyPower kabelsiz şarj stendi və kabelsiz şarj bantı vasitəsilə iOS və ya Android cihazlarınızın kabelsiz şarj edə bilməsi mümkündür . Wireless və digər bu kimi simsiz texnologiyaların günümüzdə nə qədər önəm daşıdığı hər kəsə məlumdur . Bu günə qədər simsiz texnologiyalarla informasiyanın ötürülməsi mümkün idisə bugündən sonra yalnız informasiyanı deyil , həm də elektrik enerjinisi simsiz üsullarla ötürmək mümkün olacaq . Bu imkanı bizə Preo MyPower kabelsiz şarj stendi və kabelsiz şarj bantı təqdim edir . Cihazların ayrı ayrı satılmasına baxmayaraq birlikdə istifadəsi lazımdır . Preo MyPower MikroUSB vasitəsilə enerji ilə dolur . USB-ni istər kompüterə istərsə də adapter vasitəsilə enerji mənbəyinə qoşmaq mümkündür . Əlaqə düzgün olduqda LED işıqlar vasitəsilə bildiriş gəlir . Lightning girişli olan iOS-a uyğun şarj bantı iPhone 5, 5C, 5S, SE, 6, 6 Plus, 6s və 6s Plus modellərini dəstəkləyir. Digər şarj bantı isə microUSB istifadə edərkən bir çox Android telefonlar üçün istifadə edilə bilir. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .