iPhone-da olub Android-də hələ olmayan 8 funksiya!

Android telefon sahibləri cihazın fərdiləşmə potensialı ilə öyünürlər, amma iPhone-da olan bu 8 funksiya hələ də yoxdur!

Android və iOS ilk illərdə bir-birindən fərqli funksiyalar təqdim etsələr də zamanla aradakı fərqlərin əksəriyyəti ortadan qalxdı. İki platformanın da  güclü və zəif olduğu sahələr hələ də var, ancaq  hər şeyə baxmayaraq onlar arasında seçim etmək çətindir.

1. Yuxarı sürüşdürmə 
İlk iPhone-dan bu vaxta qədər  istifadə edə bildiyimiz bu qısa yol, status çubuğuna toxunaraq səhifələrin ən yuxarı sürüşdürməsini həyata keçirir. Əksər web səhifələrdə “yuxarı sürüşdür” düyməsini görə bilirik. Eyni şəkildə Facebook ve Twitter-də də Axış və ya Giriş düymələrinə basaraq yuxarı sürüşdürə bilərik. Yenə də iPhone-da funksiyanın həmişə eyni yerdə olması onu daha xüsusi edir.

 

2. Sallayaraq Geri Alma
Bu funksiya  iOS 3-dən bəri istifadədir. iPoddakı "sallayaraq qarışdırma" funksiyasına bənzəyən bu hərəkət yazı yazarkən və ya başqa funksiyaları həyata keçirəndə  son hərəkətinizi  geri almağa və ya təkrar etməyə imkan verir.

 

3. Daha yaxşı VoIP və Mobil Zəng İdarəsi
IOS 10-dan bəri VoIP zənglərinizi normal zənglər kimi iPhone-da idarə edə və fasiləsiz VoIP zənglərinə davam edə bilərsiniz. Android-də isə  VoIP görüşməsi edərkən normal bir zəng  gəlməsi cavab verənə və ya sonlandıranadək VoIP görüşmənizin dayandırılmasına səbəb olur.

 

4. 3D Touch

3D Touch ekrana daha güclü basmağa, bəzi qısa yollara və ön izləmələrə çatmağa imkan verir. iPhone SE istisna olmaqla bu gün satılan bütün iPhone-larda olan  bu xüsusiyyət  sayəsində çox sayda işləri cəld və rahat həll etmək mümkündür.

 

5. Digər cihazlardan gələn zənglər və mesajların alınması

Mac, iPad veya Apple Watch-unuz varsa iPhone-unuza gələn zənglər və SMS-lərə bu cihazların hər hansı birindən qəbul edə bilərsiniz. Zənglər üçün  eyni Wi-Fi şəbəkəsində olmalısınız.

 

6. Səs İdarəsi və Səs Limti
Səs limiti iPhone-un qulaqlıqlara verəcəyi maksimum səs səviyyəsini müəyyən etməyə imkan verir. Bunun sayəsində  qulağınızın çox yüksək səsə məruz qalmasının qarşısını almış olursunuz. Səs idarəsi isə musiqiləri eyni səs səviyyəsinə gətirməyə imkan verir. Beləliklə, musiqi dinlərkən musiqinin səs tonunu yüksəldib endirməyə ehtiyac qalmır.

 

7. Mərkəzləşdirilmiş Media  Nəzarəti
iPhone-dakı idarə mərkəzi media oxutma funksiyalarına tək bir nöqtədən çatmağa imkan verir. Android-də bu tip musiqi idarə mərkəzi yoxdur. Hər proqram özünün oxut/dayandır/geri/irəli düymələrini istifadəyə verir.

 

8. Daha Anlaşılan Batareya İstifadəsi
Bəzən Android-də batareyanı nəyin tükətdiyini  anlamaq çətin olur.  Məsələn, Google Play xidmətləri bol batareya istehlak edə bilər, amma əslində bu xidmətdə əlavə batareya tükədən funksiyalar da mövcuddur. Nəticədə bəzən batareyanı nəyin tükətdiyini anlamaq olmur.
 
İOS-da isə hansı proqramın nə qədər enerji sərf etdiyi olduqca açıq verilir.