3 Kameraya Sahib Olacaq İlk Telefonun HUAWEI Tərəfindən Təqdim Edilməsi Gözlənilir.

3 Kameraya sahib olacaq telefon bizlərə kamera sahəsində nə kimi qeyri-adi özəlliklər təqdim edəcək.

Son zamanlarda daha da məhşurlaşan HUAWEI yenilikləri ilə digər markalara meydanı boş buraxmır.Belə ki HUAWEI təqdim etdiyi Mate 10  və MATE 10 PRO ilə bir çox istifadəçinin rəğbətini qazanmışdı. MWC-da HUAWEI yeni telefonlar təqdim etməyi planlaşdırır.

 Yayılan məlumatlara görə bunlardan biridə  HUAWEI P20 modelidir. Bu modeli digər markalardan fərqləndirən əsas xüsusiyyət  3 kameraya sahib olmasıdır. Bəzi məlumatlara görə  HUAWEI P20 adlandırılan bu 3 fərqli modeli təqdim edəcək. Bunlar P20,P20 Lite və P20 Plus-dır. Bu modellər KİRİN 970 prosessou və Android 8.0 və ya 8.1 ilə gələ bilər.

Modelin dizayn cəhətdən əsas görünüşü kameraların dik şəkildə yerləşdirilməsidir. İphone X modelində kamera necədirsə bu modeldədə eyni çəkildə olacaq. Məlumatlar P20 modelinin telefon qabının(case) şəkillərinin ortaya çıxması ilə bəlli olub.

Bundan əlavə kameraların aşağısında LED flaş və lazer otofokus yerləşdiriləcəyi barədə məlumatlar da var. Ortaya çıxan telefon qabının şəkillərində 3.5 qulaqlıq girişinin olması gözlənilir. Amma deyilənə görə həmin görünən hissə səs-küyün qarşısını almaq üçün istifadə ediləcək 2-ci mikrofon olduğu deyilir. Bu modelin  mart ayının 27-i təqdim edilməsi gözlənilir.