AnTuTu-ya görə 2018-ci ilin mart ayındakı TOP 10 Android telefon.

Sizlərə AnTuTu nəticələrində ən yüksək xallara sahib TOP 15 telefonlarını təqdim etmişdik. İndi isə 2018-ci ilin mart ayında ən yüksək AnTuTu nəticələrinə sahib telefonları təqdim edirik.

Ən yuxarı səviyyədə Samsung S9 və S9+ modelləri yerləşir. Bu hər iki cihaz Snapdragon 845 prosessorundan istifadə edir. Exynos prosessorundan istifadə edilmiş Samsung telefonlarında AnTuTu nəticələri nisbətən aşağı olacaq. 3-cü sırada Huawei Mate 10 Pro qərarlaşır. Bu telefonda Huawei Kirin 970 prosessorundan istifadə edilib. Mate 10 modelində də Kirin 970 prosessorundan istifadə edilib lakin bu modeldə AnTuTu nəticəsi az bir fərqlə aşağıdır. Bu fərqin ram-dan asılı olduğu deyilir. Çünki Mate 10 Pro daha yüksək ram-a sahibdir, amma Mate 10 4 GB ram-a sahibdir. 5-ci sırada Huawei-in başqa bir modeli olan Honor V10 qərarlaşıb. Bu cihazda Kirin 970 prosessorundan istifadə etsədə 212934 xal yığıb.

Sonrakı sıraları OnePlus 5T və 5  tutub. Hər iki cihaz Snapdragon 835 prosessorundan istifadə edir. Nubia Z17 və Z17s isə 8 və 9 cu pillədə qərarləşır və bu cihazlar da Snapdragon 835-dən istifadə edirlər. Sonda isə Mi 6 yerləşir.