Apple Watch yaşlı kişinin həyatını xilas etdi

Apple-ın məhsulu növbəti dəfə həyat xilas etdi.

76 yaşlı bir Apple Watch istifadəçisi erkən diaqnoz qoyulması və müalicə almasını təmin edərək həyatın xilas edən ağıllı saatı üçün Apple-ın baş icraçı direktoru Tim Cook-a təşəkkür məktubu göndərib.

Apple Watch indiyə qədər bir neçə dəfə cinayət işlərinin həll olunmasında, erkən müdaxilə ilə həyat xilas edilməsində insanlara kömək olub. Saatın insanın sağlamlığını izləməsi isə istifadəçilərin işinə ən çox yarayan xüsusiyyətidir.

Bu yaxınlarda Honkonqda yaşayan 76 yaşlı Gaston D’Aquino adlı şəxs Apple Watch tərəfindən xəbərdar edildikdən sonra xəstəxanaya gedərək kritik vəziyyətdə olan xəstəliyinə erkən diaqnoz qoyulmasına nail olub. The South China Morning Post-dan verilən xəbərə əsasən, xəbərdarlıq edildikdən sonra həkimə gedən D’Aquino-nun üç ana tac damarından ikisinin 90% tıxandığı ortaya çıxıb. Əməliyyat edilən D’Aquino erkən dianoz sayəsində həyatını davam etdirir.

Gaston D’Aquino

Tamamilə sağalan D’Aquino Apple-ın baş icraçı direktoru Tim Cook-a göndərdiyi təşəkkür məktubunda bunları yazıb:

.... Lütfən ürək xəstəliyi olanlar üçün Apple Watch-ı təşviq etməyə davam edin. Mən iki həftə əvvəl əmim oğlunu ürək tutması səbəbilə itirdim.  Əgər onda da Apple Watch olsaydı o da mənim əldə etdiyim kimi yaşamağa şans qazanardı.