Huawei P20 və P20 Pro-nun xüsusiyyətləri və qiyməti haqqında məlumatlar var.

Huawei-in flaqman smarton seriyası Huawei P20 və P20 Pro-nun xüsusiyyətləri, rəsmi görüntüləri və qiyməti mediaya sızdırıldı.


 Bildiyimiz kimi dünyanın 3 ən böyük telefon şirkətlərindən biri Huawei-dir. Şirkət mart ayının sonlarına yaxın iki yeni flaqmanını Huawei P20 və P20 Pro-nu  təqdim edəcək. Şirkətin flaqman seriyasına əlavə edəcəyi P20 Lite fərqli özəlliklərə sahib olacaq və daha uyğun bir qiymətə satışa çıxarılacaq.  
Huawei P20 Lite-ın Polşada önsifarişə çıxarılması ilə smartfonun  görüntüləri və xüsusiyyətləri ortaya çıxmışdır. Mərkəzi Almaniyada yerləşən mətbuat xidməti  Roland Quandt üç yeni modelin bütün rəngləri ilə şəkillərini və xüsusiyyətlərini açıqladı.
Huawei-in  P20 və P20 Pro modelləri dizayn baxımından İPhone X modelinə  bənzəyir. İPone-dakına tam oxşar bir formada olmasada  ekranın üstündə çıxıntı var. Telefonun arxa hissəsində kamera şaquli olaraq yerləşdirilmişdir.


Yeni Huawei flaqmanları olduqca cəlbedici dizayna malikdirlər. Huawei P20 və P20  Pro digər modellerə görə daha böyük olacaq. Hər iki telefon daha uzun və daraldılmış ekrana sahib olacaq. Ekran 19:9-a nisbətindədir.Görüntü 1080 x 2240 piksel olaraq təyin olunmuşdur. Telefonlar, Huawei-in öz 2.4GHz-lik üst saat sürətinə sahib olan Kirin 970 çip dəsti ilə gücləndirilmişdir. Bu smartfonların sahib olamayacağı tək şey  microSD yaddaş kartı qəlibidir. Bunun əvəzinə ikili SIM kart dəstəyi olacaq.

P20  cüt kameraya sahib olacaq. Huawei P20 Pro qara, mavi və açıq bənövşəyi rəngdə  təqdim olunacaq. Huawei P20 isə qara,mavi ve çəhrayı olaraq üç rəngdə satışa çıxarılacaq.
 P20 Pro-nun  4.000 mAh, P20-inin isə 3.400 mAh batareyaya sahib olacağı iddia olunur.


Huawei P20 Pro OLED ekranla təhciz olunacaq, Huawei P20 isə  LCD ekranla qarşımıza çıxacaq. Yeni seriyadakı qiymət baxımından ən uyğun telefon olan P20 Lite üç rəngdə; qara,mavi və açıq bənövşəyi rənglərdə olacaq. Eyni  zamanda çıxıntıya sahib olacaq telefonun ekranının ətrafındakı çərçivələr daha geniş görünür.
P20: 680 avro

P20 Pro: 900 avro

P20 Lite: 380 avro
Smartfonların nə zaman satışa çıxması məlum olmasa da aprel ayının da mobil telefon bazarında öz yerini tutması gözlənilir.