Samsung yeni Gaming monitor təqdim edəcək.

Samsung şirkəti uzun müddətdir ki televizorlar istehsal edir. Şirkət yaxın zamanda Gaming sahəsi üçün də monitorlar istehsal edəcək.

Sizlərə ASUS-un PG27UQ  Gaming monitorunu təqdim etmişdik və həmin monitordan əlavə isə Acer-in X27 modeli 4K120 Hz+ dəstəkləyir. Samsung isə oyunçulara 4K 120 Hz dəstəkli Gaming monitor təkif edəcək. Günü-gündən Gaming sahəsinə maraq artır və şirkətlər daim öz yeniliklərini bizlərə təqdim edirlər. Hətta Gaming aksessuar istehsal edən şirkətlərdən biri olan Corsair-də monitor istehsal edəcəyi barədə məlumat yayılmışdı. ASUS Acer monitorları 27 düym olduğu halda, Samsung-un təqdim edəcəyi model 31.5 ( 3840x2160 ) düymdür.

ASUS PG27UQ

 

ACER X27

 

Samsung bu monitordan əlavə Quantum Dot texnologiyası ilə 32:9 nisbətində 49 düymlük ( 3840x1080 )modelini təkmilləşdirir.  Şirkət piksel sayını 5120x1440-a yüksəldəcək. Bizim saydığımız özəlliklər bir çox PC sistemini yorur. GTX 1080 və ya GTX 1080 Tİ (SLI) ilə bu kimi özəlliklərdən rahatlıqla istifadə etmək olar. Çünki 4K keyfiyyəti ekran kartını çox yorur.