WhatsApp-da yeni funksiya. Bizə yazan tanımadığımız nömrələrin kimə aid olduğunu görə biləcəyik!

WhatsApp istifadəçiləri artıq onlara mesaj göndərən və telefonda qeydiyyatda olmayan nömrələrin məlumatlarını oxuya biləcək.

Ötən aylarda ölkəmizdə olduqca məşhurlaşan və daha sonra Azərbaycanda istifadəsinə qadağa qoyulan bizə zəng edən və ya əlaqə siyahımızda olan nömrələrin başqa telefonlarda adlarının necə qeyd olunduğunu göstərən “GetContact” tətbiqini yəqin ki, xatırladınız. WhatsApp da müəyyən qədər bu sistemə yaxın vCard adlı sistem vasitəsilə bizə mesaj yazan şəxslərin cihazlarında qeydiyyatda olan şəxsi məlumatlarını bizə göstərəcək.

Hal-hazırda Android Beta kanalında test mərhələsində olan yeniliyin dəqiqliklə nə vaxt istifadəçilərə təqdim ediləcəyi bilnməsə də, bu yeniliyin uğurlu olacağı ehtimal olunur.

Aşağıdakı nümunə ilə yeniliyin tətbiq daxilində necə işləyəcəyinə baxa bilərsiniz.

Yalnız 'View Contact Cards' düyməsinə toxunaraq qarşıdakı şəxsin cihazda qeydiyyatda olduğu məlumatları oxuya biləcəksiniz.