İphone -ların sürətli enerji yığmasının yolları.

Iphone-ların Sürətli Enerji yığması hansı telefonlar üçün uyğundur.

Bildiyimiz kimi bu il Apple şirkəti 3 yeni modelini təqdim etdi. Bu modellər İphone 8, İphone 8 Plus, İphone X-dir. Hər 3 model ilk dəfə olaraq Apple tərəfindən təsdiq edilən sürətli enerji yığmanı dəstəkləyir. Bunun üçün bizə USB-C / Lightning enerji kabeli və 29W-luq Macbook Adapter lazımdır.Bununla da telefonlarımız daha sürətli enerji yığacaq.

Bundan əlavə, aşağı modellərdə İpad adapter vasitəsi ilə enerji nisbətən sürətli yığırdı, lakin bu Apple tərəfindən təsdiq olunmuş bir vasitə deyildi.Yəni bu üsul telefonlarımıza ziyan verə bilər. Bir çox istifadəçilər  Sony Adapter(13W) vasitəsi ilə öz telefonlarını (İphone 5S) enerji ilə təmin edirdi. Bu da telefonlara ziyan verirdi. Adapterin tez qızması və ya proqramlarda  olan donma buna misal ola bilər. Çünki bu yaxınlarda açıqlanan məlumata əsasən Apple telefonların enerjisini gündəlik istifadədə uzun müddət saxlanması  üçün telefonların ümumi tezlik sürətini aşağı salırdı.Yuxarıda dediyimiz kimi bu kimi üsullarla telefonun enerji yığması batareyada problemlər yaradır.Bu da istifadəçilər üçün yaxşı hal deyil.Ona görə də bu üsullarla telefonlarınızın enerji yığması məsləhətli deyil.

Aşağıda isə İphone X, İphone 8, İphone 8 Plus üçün sürətli enerji yığması barədə  nümunə göstərilib.

İlk 15 Dəqiqə

Wi-Fi açıq/ Sürətli enerji: 25%

Uçuş Rejimi açıq / Sürətli enerji: 25%

Ekran bağlı/ Sürətli enerji: 27%

30 Dəqiqə

Wi-Fi açıq / Sürətli enerji: 47%

Uçuş Rejimi açıq / Sürətli enerji: 47%

Ekran bağlı / Sürətli enerji: 50%

45 Dəqiqə

Wi-Fi açıq/ Sürətli enerji: 68%

Uçuş Rejimi açıq / Sürətli enerji: 68%

Ekran bağlı / Sürətli enerji: 72%

60 Dəqiqə

Wi-Fi açıq / Sürətli enerji: 79%

Uçuş Rejimi açıq / Sürətli enerji: 79%

Ekran bağlı /Sürətli enerji: 82%