"Google" öz internet sürət testi üzərində işləyir .

"Google" özünün internet üçün sürət testi tətbiqini yaradır. Ötən ay media təminatçısı olan "Netflix" istifadəsi asan "fast.com" adlı sürət testini çıxararaq rəqabətə qatıldı. İndi isə bu rəqabətə "Google" öz sürət testi ilə girməyə hazırlaşır. ÖZ SÜRƏT testini EDƏCƏK ! Texnologiya nəhəngi axtarış bölməsinə "Internet speed test" və ya "Internet sürət testi" yazdığınızda "Ookla"-ya ehtiyac qalmadan sürətinizi müəyyənləşdirəcək bir sistem yaratmaq üçün işə başladı. "Google" yaxın günlərdə istifadəyə veriləcək olan sistemin rəqibləri arasında istifadə baxımından ən asan olacağını da iddia edir. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .