"OneDrive" yaddaş tutumunu azaldır!

Microsoft-un faylların Windows cihazlarında sinxonlaşdırmasını təmin edən bulud sistemi olan OneDrive şirkətin açıqlamasıyla istifadəçilərini üzəcək. OneDrive-dan ödənişsiz istifadə edən istifadəçilərə təqdim olunan yaddaş tutumu ciddi nisbətdə azaldılır. Microsoft-un vacib məlumatların saxlanılmasını təmin edən OneDrive bulud sistemi üçün istifadəçilərə məyusedici bir xəbərimiz var. Ödəniş etmədən başqa sözlə ödənişsiz olaraq müəyyən ölçüdə sahəni istifadə edən istifadəçilərə məhdudiyyət qoyulacaq. Daha əvvəl də bəhs olunduğu kimi yeni tətbiqdən sonra yaddaş tutumu xeyli azalacaq. Rəsmi məlumata görə, Microsoft OneDrive xidmətinin təqdim etdiyi 15GB-lıq əlavə foto yaddaşı ləğv olunur. Bundan əlavə hal-hazırda bu xidmətdən istifadə edən və eləcə də yeni istifadəçilər üçün təqdim olunan standart yaddaş 15 GB-dan 5 GB-a salınır. İSTİFADƏÇİLƏRƏ TƏSİRİ Şirkət ilin əvəllərində göndərdiyi maillərlə ödənişsiz 7 GB-ın da azaldıla biləcəyini bildirmişdi. Son olaraq 2016-cı ilin 31 yanvarından əvvəl üzv olmusunuzsa narahatçılığa ehtiyac yoxdur. Microsoft həmin tarixdən əvvəl qeydiyyatdan keçən istifadəçilərinə hər hansı bir məhdudiyyət qoymayacaq. Digər tərəfdən əgər sizə bəhs olunan mail gəlibsə, 15GB-lıq sahədə saxladığınız məlumatları yedəkləməyiniz lazımdır. Microsoft-un bu addımından sonra tamamilə ödənişsiz 15 GB tutum təqdim edən Google Drive-ın yüksələcəyini düşünsək yanılmarıq. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .