Apple, iPhone 7, iPhone 7 Plus və Apple Watch 2n-ni təqdim etdi .

Apple, iPhone 7, iPhone 7 Plus, Apple Watch 2-nin təqdimatını etdi. Yeni telefonlarda qulaqlıqlarda kabel olmayacaq və cüt kamera olacaq. ABŞ-da 649 dollardan satışa təqdim ediləcək. iPhone bu günə qədər əsas modellərini 16GB ilə təqdim edərkən, artıq 16GB-lıq variant tapılmayacaq. Beləcə ən az tutumlu iPhone modeli 32GB olaraq bazara çıxarılacaq. iPhone 7 modelinin 32GB-lıq modeli 649 dollarlıq satış qiyməti ilə bazara təqdim ediləcək. Bundan başqa ,iPhone 7 və iPhone 7 Plus-lar su və toz keçirməz quruluşa sahibdir. iPhone 7-nin arxa kamerası tək kameradan ibarətdir. iPhone 7 Plus-un arxa kamerası iki dənə olacaq. Apple gözlənildiyi kimi artıq simsiz qulaqlıqlarla istifadə ediləcək. iPhone 7, iPhone 6s-ə görə 2 saat və iPhone 6s Plus-dan isə 1 saat daha çox şarj müddəti təqdim edir. Yeni nəsil Apple Watch təqdimatı da keçirilib. Yeni Apple Watch 2.5 metr dərinliyə qədər su keçirmir. Apple-ın təqdimatını etdiyi məhsulların bütün detalları ... Apple hər il olduğu kimi bu il də sentyabr ayında yeni məhsullarının təqdimatını etdi. Apple-ın mərkəzinin olduğu San Fracisco-da reallaşan launchda ilk olaraq saatlar tanıdıldı. Apple-ın müdiri Tim Cook Apple Watch-un dünyanın ən çox satılan ikinci ağıllı saat markası olduğunu söyləyərkən, Pokemon Go-nun da Apple Watch-lara gələcəyi müjdəsini verdi.


Super Mario sürprizi Cookun ardından Super Mario-nun yaradıcısı, Nintendoda Shigeru Miyamoto səhnəyə çıxdı. Yeni bir Mario oyunu iPhonelərə gəlir. Bu oyun Temple Run oyununa bənzəyəcək. Süper Mario'nun yenilənərək təkrar dönməsi sürpriz oldu! Oyun multiplayer rejimində da oynanıla bilər . Bu vəziyyətdə dünyanın fərqli bölgələrindən oyunçularla daha çox bal toplayıb "göbələk krallığınızı" böyütmək üçün yarışa biləcəksiniz. Super Mario bu il tətil dövründə , yəni 2016-ın sonunda istifadəçilərinə təqdim olunacaq .

TƏHSİL yenilikləri OLACAQ Apple-ın təhsil proqramlarıyla əlaqədar proyektlərini görəcəyik.

POKEMON APPLE WATCH-DA Bu günə qədər 500 milyondan çox yüklənilən Pokemon Go artıq Apple Watch-da. Pokemon Go-nun yaradıcısı Niantic-in qurucusu John Hank Apple səhnəsində oyunla əlaqədar detalları izah etdi.


YENİ nəsil APPLE WATCH Yeni nəsil Apple Watch təqdimatı da keçirilib. Yeni Apple Watch 2,5 metr dərinliyə qədər su keçirmir.


Yeni Apple Watch-un speaker-i suyu çölə atacaq şəkildə hazırlanmışdır. Su keçirməz xüsusiyyət sayəsində üzmə, fitness kateqoriyaya əlavə edildi.


SÜRƏTİ artdı Apple Watch-un ardıcıl 2 yeni prosessoru yüzdə 50 sürətli, GPU-su 2 qat performansa sahibdir. Yeni nəsil görüntü texnologiyalı ekran 2 qat daha parlaqdır. GPS xüsusiyyəti iPhonedan müstəqil bir şəkildə marşrutu planlamasını təmin edir. Xəritə eyni vaxtda istifadə edilə bilər.


NIKE İLƏ XÜSUSİ RAZILAŞMA Apple Nike ilə xüsusi bir razılaşma etməyə də laqeyd qalmayaraq Apple Watch Nike Plus (və ya Apple Watch Nike +) adında xüsusi bir model ortaya çıxardı. Apple Watch Nike Plus birbaşa atletləri hədəfləyir.

QİYMƏT 369 DOLLAR Apple Watch 2 369 dollardan başlayan qiymətlərlə satışa təqdim ediləcək.


iPHONE 7 Apple ümumilikdə 1 milyard iPhone satmağı bacardığını ifadə etdi.


iPhone 7 və iPhone 7 Plus-lar iki fərqli qara rəng ilə gəlir. Biri Jet Black digəri isə yalnız Black olaraq adlandırılmışdır. Ayrıca iPhone 7-lərin boz, qızıl rəngi və qızıl çəhrayı rəngləri də olacaq. Home düyməsinə də yeni bir xüsusiyyət : təzyiqə həssaslıq xüsusiyyəti gəldi. Artıq Home düyməsinə göstərilən təzyiqə görə fərqli reaksiya ala bilmək mümkün olacaq. Bundan başqa , iPhone 7 və iPhone 7 Plus-lar su və toz keçirməz quruluşa sahibdirlər . iPhone 7-nin arxa kamerası tək kameradan ibarətdir. iPhone 7 Plus-un arxa kamerası iki dənə olacaq.


Kamera xüsusiyyətləri iPhone 7-nin arxa kamerası tək kameradan ibarətdir. iPhone 7 Plus-un arxa kamerası iki dənə olacaq. Hər iki modeldə də optik imic sabitləşdirici var, two tone flash xüsusiyyəti qaranlıqda iki qat daha çox işıq alınmasını təmin edir.


Live Photos xüsusiyyəti redaktə edilə bilən hala gəldi, Capture API və Editing API ilə proqramistlərə təqdim edildi . iPhone 7-nin ön kamerası 7 megapixel və HD oldu. Cihaz hansı kameranı istifadə edəcəyinə özü qərar verir. İstifadəçinin etməsi lazım olan yalnız çəkiliş əsnasında nə qədər zoom-lamaq istədiyinə qərar verməkdir. IPhone 7 yeni optik zoom xüsusiyyəti sayəsində professional fotoşəkil cihazlarına çox yaxınlaşmış hesab edilir .


iPhone 7 Plus kamerası professional kameralara ən yaxın nəticəni verə biləcək şəkildə inkişaf etdirilmişdir . Optik zoomlama, müəyyən bir sahənin diqqət xaricində qalmasıyla dərinlik hissinin yaradılması bunlardan bir neçəsidir. Ekran yüzdə 25 daha parlaqdır, 3D Touch xüsusiyyətinə sahibdir.


Qulaqlıqlar KABELSİZ OLDU iPhone 7 və iPhone 7 Plus-larda artıq stereo dinamiklər var. Apple gözlənildiyi kimi qulaqlıq girişini ləğv edərək yerinə Lightning girişindən bağlanan qulaqlıqlar gətirdi. IPhone 7-də Lightning qulaqlıqların yanında AirPods adında kabelsiz qulaqlıq iştirak edəcək.


Yeni qulaqlıqlar iPhone, Apple Watch və digər bütün Apple cihazlarına avtomatik olaraq bağlanır. Qulaqlıqlar tamamilə müstəqil , yəni ayrılıqda da istifadə edilə bilir.


AirPods-da səs-küyə maneə törətmə xüsusiyyəti var. 4 saat fasiləsiz iş müddəti var və qutu içərisində şarj olur. AirPods-da Applenin ilk wireless çipi olan yeni W1 çip iştirak edir. Bir qulaqlıq 5 saatda şarj olur və təxminən 20 saat istifadə ömürü vardır. KABELSİZ qulaqlığın QİYMƏTİ Applenin yeni kabelsiz qulaqlıqları oktyabr ayından etibarən 159 dollardan satışa təqdim ediləcək. iOS10 isə 13 Sentyabrdan etibarən istifadəyə təqdim ediləcək.


2 QAT güclü prosessor GƏLDİ iPhone 7 və iPhone 7 Plus-larda A10 Fusion çip iştirak edir. 4 nüvəlidir və 3.3 milyard tranzistor var. 2 yüksək performanslı nüvəsi var. A9-dan yüzdə 40 daha performanslıdır. A8-dən isə 2 qat yüksək performanslıdır. İlk iPhone modelinə görə 120 qat daha güclüdür. A10 Fusion A9-dan yüzdə 50 daha yüksək performanslı qrafik karta sahibdir. iPhone 7 iPhone 6s-ə görə 2 saat və iPhone 6s Plus-dan isə 1 saat daha çox şarj müddəti təqdim edir. 649 dollara satılacaq iPhone bu günə qədər əsas modellərini 16GB ilə təqdim edərkən, artıq 16GB-lıq variant tapılmayacaq. Beləcə ən az tutumlu iPhone modeli 32GB olaraq bazara çıxarılacaq. iPhone 7 modelinin 32GB-lıq modeli 649 dollarlıq satış qiyməti ilə bazara təqdim ediləcək. iPhone 7-nin 128GB və 256GB variantları da mövcud olacaq. iPhone 7-nin 256GB-lıq modeli isə 849 dollar satış qiyməti ilə bazara təqdim ediləcək. iPhone 7 Plus - un 32GB-lıq əsas modeli 769 dollardan başlayan qiymətlərlə satışa təqdim ediləcək. İndiyə qədərki ən bahalı iPhone modeli isə heç şübhəsiz iPhone 7 Plus-un 256GB-lıq versiyası olacaq və bu telefonun da qiyməti 969 dollar olaraq təyin olunmuşdur .


Mənbə:Webrazzi, Hürriyet