Galaxy Note 7 suya davamlı olacaq ?

Təqdimatına sayılı günlər qalan Note seriyasından olan Galaxy Note 7-nin sabunla yuyulma görüntüləri yayıldı . Uzaq Şərqdən gələn yeni bir fotoşəkil Galaxy Note 7-nin suya dayanıqlı bir korpusa sahib olacağını təsdiqləyir. Təqdimatına sayılı günlər qalan telefonun bir çox şəkli ortaya çıxarkən son görüntü daha böyük maraq kəsb edir.


Galaxy Note 7 suya davamlı olacaq! Galaxy Note 7-də su sızıntılarına qarşı dayanıqlı bir korpusun olması gözlənilən idi. Galaxy S7, Galaxy S7 edge və Galaxy S7 Active modellərində IP68 sertifikatına yer verən Cənubi Koreyalı istehsalçı bənzər davamlı korpus quruluşunu yeni nəsil Note seriyalı telefonda da qarşımıza çıxaracaq. Galaxy Note 7 IP68 sertifikatına sahib olacaq. Bu sertifikat telefonun 1.5 metr dərinlikdə 30 dəqiqə boyunca su sızıntılarına müqavimət göstərə biləcəyi mənasını verir. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .