Instagram-ın məşhur funksiyası bugün WhatsApp-a gəlir!

"Facebook"un bütün tətbiqləri bir-bir "Snapchat"a oxşamağa başlayır. Beləki, "Instagram"dan sonra indi də "WhatsApp"a da "Snapchat"dakı kimi hekayələr funksiyası əlavə edilir. Bugün gələcək yenilənmə ilə birlikdə artıq əvvəllər sadəcə mesaj və ya emosiyalar istifadə edilə bilinən status bölməsində şəkillər və yazılarla hekayənizi paylaşa biləcəksiniz.

"WhatsApp Status"un üstün tərəfi isə istədiyinizdə bağlaya bilmənizdir. Bundan başqa "WhatsApp" tətbiqinə gələcək bir yenilənmə ilə bütün istifadəçilərə təqdim olunacağını da bildirməliyik. Yəni bugün ərzində "WhatsApp" yeniləndikdən sonra tənzimləmələr bölməsinə baxmağınız sizin xeyrinizə olacaq.

Təxmin edə biləcəyiniz kimi statusunuza şəkil, video ya da GIF görüntüləri əlavə edə bilər, müxtəlif emosiyalar və dizaynlarla bu şəkilləri şəxsiləşdirə bilərsiniz. Bir status əlavə etdiyinizdə isə onu 24 saat ərzində profilinizdə izləmək mümkün olacaq. Daha sonra isə yox olub gedəcək.

Son olaraq da bu xüsusiyyətin də "görüldü” sayğacına sahib olacağını bildirək. Beləliklə, status paylaşımlarınızın siyahısında neçə nəfərin gördüyünün siyahısını tuta biləcəksiniz.