Philips yeni 27 düymlük Curved monitor təqdim etdi.

Philips yeni 27 düymlük Full HD Curved ( əyimli ) monitor təqdim edib. Belə ki, şirkətin təqdim etdiyi yeni model monitor AMD FreeSync dəstəkli olaraq bizlərə təqdim ediləcək. Monitorun ümumi adı 278E9-dur. Dizayn baxımından monitor çox incə çərçivələrə malikdir,bu isə monitora daha da gözəllik qatır. Monitor Ultra-Wide Color LCD VA panela sahibdir.

Monitorda xüsusi Philips LowBlue modu var ki, bu mod vasitəsi ilə monitorun ekran parlaqlığı avtomatik mühitə uyğunlaşır və gözün daha çox yorulmasının qarşısını alır. Əlavə olaraq monitorda titrəməyə qarşı xüsusi texnologiya quraşdırılıb. Monitorun 178 dərəcə baxış bucağı var. Həmçinin monitorda EasyRead SmartContrast özəllikləri var.