Ryzen Threadripper 2990x-in qiyməti barədə məlumat online mağazada göründü.

AMD-nin yaxın zamanda təqdim etdiyi 2-ci nəsil Threadripper prosessorlarından olan lakin qiyməti biliməyən 2990X-un qiyməti başqa bir online mağazada göründü. Əvvəlki mağazada 1509 dollar göstərilən qiymət, bu dəfəki mağazada isə 1850 kimi dollar göstərilib. Bu isə qiymət aralığının 1500-1900 dollar arasında olacağına işarədir. Prosessor resmi olaraq  avqustun 13-ü bazara çıxacaq. 

 

Bildiyimiz kimi əvvəlki nəsil Ryzen Threadripper prosessorları xüsusi bağlama və qutuda satılırdı. Yeni nəsildə yəqin ki eyni bağlama və qutuda təqdim ediləcək. Amma AMD şirkəti yenilik edib başqa dizayn və görünüşə sahib  olan bağlama və qutuda təqdim edə bilər. Qiymətlə bağlı məlumatı  və dizayn dəyişikliyini dəqiq olaraq rəsmi satışa çıxdıqdan sonra görəciyik.