Süni zəka həkim ehtiyacını aradan qaldırdı. Tarixdə ilk!

Ötən günlərdə ABŞ-ın Ərzaq və Dərman Administrasiyası (FDA) tibb dünyasında yeni dövrün başlanmasına imkan verəcək süni zəka dəstəkli diaqnoz üsuluna rəsmi lisenziya verdi. Yeni cihaz göz ilə bağlı xəstəliklərin müəyyən olunması üçün lazım olan həkim ehtiyacını tarixə qovuşduracaq.

İnsanın ən həssas orqanlarından olan gözlər bədənimizdəki sinir sisteminin ətraf aləm faktorları ilə birbaşa əlaqədə olduğu az sayda orqanlardan biridir. Ömür boyu gözlərimizi qorumaq məcburiyyətində qalırıq və bəzən də gözlərimizdə narahatlıq hiss etməyimiz də normaldır.

ABŞ-ın Ərzaq və Dərman Administrasiyası (FDA) müalicə üsullarını lisenziyalaşdırma məsələsində qlobal təsir gücünə sahibdir. Bu təşkilat tərəfindən razılıq verilən dərmanlar və ya müalicə üsulları qısa müddətdə dünya miqyasında tətbiq olunmağa başlayır.

Oftalmologiya – tibbin göz xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan sahəsi üçün xüsusi olaraq yaradılan üsul süni zəka ilə işləyən cihaz sayəsində işləyir. IDx adlı inqilabi cihaz görmə yolları ilə bağlı xəstəliklərin diaqnoztikası üçün mütəxəssis ehtiyacını aradan qaldıracaq.

Diabet kimi xəstəliklərin gözdə ciddi narahatlığa səbəb olduğunu nəzərə alsaq, milyonlarla insanın diaqnoz məsələsində uğurlu bir həll yoluna qovuşacağını deyə bilərik.

Cihaz xüsusi bir retina kamera ilə çəkilən gözün görüntülərini analiz etmək üçün süni zəka alqoritmindən istifadə edir. Həkim və ya digər səlahiyyətli şəxs görüntüləri bulud serverinə (cloud server) yükləyir və proqram pozitiv və ya neqativ olaraq nəticəni göstərir. Şəkilləri yükləmək üçün xüsusi mütəxəssis tələb olunmur.

Həkim ehtiyacını tamamilə aradan qaldırdığını nəzərə alsaq, bunun dünyada bir ilk olduğunu deyə bilərik. Qeyd edək ki, FDA ötən aylarda iflic diaqnozu qoya bilən Viz.AI adlı süni zəka ilə işləyən bir proqrama da lisenziya vermişdi. Lakin bu həftə lisenziya verilən diaqnoz cihazı mütəxəssis həkimə ehtiyac olmadan diaqnoz qoya bilən ilk cihazdır.

Əlbəttə ki, bu xəbər tibb aləmində həkimlər üçün qismən pis xəbərdir. Amma hələ ki, narahat olmağa əsas yoxdur. Süni zəkanın həkimlərin bütün vəzifələrini boynuna götürməyinə hələ çox zaman var.