WhatsApp-a yeni xüsusiyyətlərin olduğu daha bir yeniləmə gəldi!

WhatsApp yeniləmələrinə davam edir. Bu dəfə yalnız iOS sisteminə gətirilən yeniləmədə 4 əsas yenilik diqqət çarpır. İlk olaraq artıq daha sürətli və problemsiz şəkildə açılan söhbət ekranı və bundan əlavə qarşı tərəfə video göndərərkən barmağınızı ekran üzərində yuxarı və aşağı edərək zoom edə bilmənizi təmin edir. Söhbətlər ekranında redaktə qisiminə toplu olaraq mesaj silmə və oxundu olaraq qeyd qoyulması kimi yenilikləri gətirən WhatsApp-da ayrıca tək emosiya göndərərkən emosiyanın daha böyük olması kimi bir yenilik gözə dəyir.


Yuxarıda göründüyü kimi mətn yazmaq yerinə yalnız emosiya yazıb göndərdiyinizdə böyük şəkildə gedən emosiya hal-hazırda yalnız iOS sistemi üçündür. Bunun üçün də WhatsApp versiyanızı 2.16.7-yə yeniləməniz lazımdır. Yeniliklərin qısa müddətdə Android sisteminə də gəlməsi gözlənilir. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .