YouTube-a hekayə funksiyası gəldi

Son illərin populyar sosial media trendlərindən biri də məhz hekayədir. Facebook, İnstagramSnapchat kimi nəhəng şirkətlərin hamısı bu funksiyanı öz istifadəçilərinə təqdim edib. Bu trendə bu günə qədər qoşulmayan YouTube da hekayə funksiyasını istifadəyə verdi. Hələlik ancaq müəyyən istifadəçilər tərəfindən istifadə edilə bilən hekayə funksiyası sadəcə YouTube-un musiqi klipləri üçün nəzərdə tutulub.

Musiqi sözləri və məlumatlarını yayımlayan Genius ilə əməkdaşlıq nəticəsində yaradılan Song Stories müsahibələri, musiqilərin video kliplərini, konsert görüntülərini və musiqi sözlərini hekayələr formasında təqdim edir. Hekayə kontentləri kartlar kimi sıralanır və bu kartlara musiqiyə qulaq asarkən baxmaq olur, yaxud da slaydlar formasında izləmək olur.

Yeni formatı ən yaxşı şəkildə Genius-un Android və iOS tətbiqində görmək mümkündür. Song Stories adı verilən bu funkisya hələlik sınaq mərhələsindədir. Ancaq Youtube-a yaxın mənbələr yaxın zamanlarda şirkətin bu funskiyanı YouTube Stories olaraq öz şəbəkəsində istiafdəyə verəcəyi ehtimalının olduğunu bildirirlər.