iPhone 7-nin fotoşəkilləri internetdə!

Texnologiya nəhəngi Apple-ın sentyabr ayında bazara çıxaracağı gözlənilən iPhone 7-nin fotoşəkilləri internetdə yayıldı ! Apple böyük gəlir əldə etdiyi iPhone telefonlarının yeni modeli iPhone 7-ni sentyabr ayında bazara çıxarmağa hazırlaşır. Texnologiya həvəskarlarının maraq göstərdiyi iPhone 6, iPhone 6S, iPhone 6 Plus və iPhone 6S Plus-ın ardından istifadəçilərin səbirsizliklə gözlədiyi iPhone 7-nin fotoşəkilləri internetə sızdı. Sızan fotoşəkillərin iPhone 7, iPhone 7 Plus, iPhone 7 Pro modellərinə aid olduğu öyrənilib. DİZAYN FƏRQİ YOXDUR ! Fransaya aid bir saytda paylaşılan fotoşəkillərdə Apple-ın yeni modeli iPhone 7-nin dizaynıyla iPhone 6 və 6S-in dizaynı arasında çox da fərq olmadığı görünür. Dizayn etibarilə digər modellərindən ciddi fərqlənməsə də iPhone 7 istifadəçiləri iPhone 6 və iPhone 6S-ə nisbətdə daha böyük bir kamerayla qarşılaşacaqlar. Digər tərəfdən iPhone 7 antenna xətlərinin uc nöqtələrdə yerləşməsiylə də fərqlənir. Lakin, fotoşəkillərdə qulaqlıq və şarj girişinə aid hər hansı bir detal göstərilməyib.

Apple-ın ən çox gəlir əldə etdiyi iPhone modelləri bəzi xüsusiyyətlərinə görə tənqid alsa da dizaynıyla böyük rəğbət qazanır. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .