iPhone 7 və iPhone 7 Plus-ın təqdimat tarixi müəyyən oldu!

Apple-ın yeni smartfonları iPhone 7 və iPhone 7 Plus-ın təqdimat tarixi müəyyən oldu. Bu günə qədər az qala hər detalını gördüyümüz, hətta sızıntılara görə dizayn maketləri belə çıxarılaraq tez-tez gündəmə gətirilən iPhone 7 ailəsiylə əlaqədar sızıntılar cihazın tanıdılmasına qısa müddət qala da gəlməyə davam edir. Twitter-da paylaşdığı sızıntılarla məşhur olan Evan Blass-ın söylədiyinə görə iPhone 7 Pro modeli gəlməyəcək və iPhone 7 ilə iPhone 7 Plus modelləri 16 sentyabrda keçiriləcək mətbuat konfransıyla təqdim ediləcək. iPhone 7 ilə gələcək yeniliklər nələrdir? Apple-ın yeni smartfonları iPhone 7 və iPhone 7 Plus-da 3.5mm-lik qulaqcıq girişi olmayacaq, Plus modelində cüt kameraya yer veriləcək və fiziki Home düyməsinin yerini basma hissiyyatı olmayan 3D Touch dəstəkli yeni Home düyməsi alacaq. Ancaq, bu yeniliklər yalnız sızıntılardan ibarətdir, iPhone 7 və iPhone 7 Plus-ın bütün yeniliklərini sentyabr ayında təşkil ediləcək mətbuat konfransında görəcəyik. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .